Deputat “İçərişəhər”dəki tikintiyə etiraz etdi: “İçərişəhər olacaq köçəri şəhər”

Deputat “İçərişəhər”dəki tikintiyə etiraz etdi: “İçərişəhər olacaq köçəri şəhər”

"İçərişəhər olacaq köçəri şəhər”

AZXEBER.COM xəbər verir ki, İçərişəhər Kiçik Qala küçəsində, qala divarları boyunca kafe-terrasların yaradılması insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Millət əkili Fazil Mustafa da buna öz etirazını bildirərək, İçəri Şəhərin bundan soonr "köçəri şəhər" olacağını qeyd edərək bunları deyib:

"İçərişəhərdə qala divarlarının bir hissəsini söküb kafe tikirlər. Keçmiş Sovetskidə tarixi abidələrin bəzilərini uçurdurlar. Tanınmış şəxsiyyətlərin yaşadığı evləri ortadan qaldırırlar... Hər gün bu cür neqativ informasiyanın içində üzməyimizə rağmən, bugünkü insana olan biganəliyimizi tarixin daşlarına da qarşı davam etdiririk. Burada ən acınacağlısı da odur ki, ictimai qınağı nəzərə almaq barədə bu işi görənlərin heç biri düşünmək istəmir. Mərhum Vaqif Səmədoğlu əlli il öncənin sökhasökünə məruz qalan İçərişəhəri "Biçarə şəhər" adlandırırdı. İndisə yalnız biçarə qalan İçərişəhər deyil, bizlər hamımızıq. Yəni hər hansı bir zərərli tendensiyanı dayandırmaq imkanımız yox. Çünki Qanundan öncə Qaydalar işləyir və Qanun Qaydanı özünə tabe etdirə bilmir. Xatırlayırsınızsa, Yasamal rayonunda 20 yanvar metrosuna yaxın ərazidə ağacların dibinə kimyəvi turşu tökmüşdülər, hamısı bir neçə günün içində məhv edildi. Başqa yerlərdə də baş verən ağac qətliamına son qoymaq imkanımız yox. Yəni İçərişəhər də təqribən ağaclara bənzər formada əridilir. Halbuki, bu tarixin nadir incisinə toxunmaq olmaz, bir daşını da cızmaq, sındırmaq olmaz.


Biçarə şəhər...İçəri şəhər... Bir azdan da Köçəri şəhər..."

Günel Hüseynli

Açar sözlər
Günel Hüseynli , Içərişəhər Kiçik Qala Küçəsi , Sovetsk , Yasamal
Mədəniyyət xəbərləri
Aprelin 28-i növbəti qəbul imtahanı keçiriləcək

Aprelin 28-i növbəti qəbul imtahanı keçiriləcək

24-04-2019 11:34 - Modern.az - Mədəniyyət
DİM-dən Modern.az-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il aprelin 28-də : – ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları; – ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları; – ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları; – Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları; –xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları; – üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları; – əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçiriləcək.
Azxeber.com digər xəbərlər