Deputat “Ölkədə sənədin imzalanmasına əngəl olan qüvvələr var” dedi, spiker cavab verdi:"Ermənilər bu sazişə mane olmağa çalışırlar"

Deputat “Ölkədə sənədin imzalanmasına əngəl olan qüvvələr var” dedi, spiker cavab verdi:"Ermənilər bu sazişə mane olmağa çalışırlar"

“Prezident İlham Əliyev dəfərlərlə bəyan edib ki, Dağlıq Qarabağ problemi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Bunun sülh, müharibə yolu ilə həyata keçməsi mümkündür. Bəzi qüvvələr Azərbaycanla Avropa İttifaqı arasında bağlanacaq sazişə kölgə salmağa çalışırlar”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, həmin qüvvələr müxtəlif bəhanələrlə bunu edirlər.

S.Novruzov qeyd edib ki, ölkə daxilində də sənədin imzalanmasına əngəl olan qüvvələr var.

Parlamentin sədri Oqtay Əsədov isə qeyd edib ki, sazişin imzalanmasına mane törədən qüvvələr ermənilərdir: “Saziş layihəsində Dağlıq Qarabağ ərazisi Azərbaycanın ərazisi kimi qeyd olunub, biz buna nail olmuşuq. Texniki məsələlər qalıb ki, onlar da həll edilir. Ermənilər bu sazişə əngəl olmağa çalışırlar. Saziş yüksək səviyyədə hazırlanıb, sazişin bu il mayın ayının 13-də imzalanması nəzərdə tutulur. Bu, Azərbaycan xalqının xeyrinə olacaq”.

Report

Siyasət xəbərləri
Azərbaycana qarşı “4 kalon”dan hücum və “5-ci kalon”un missiyası

Azərbaycana qarşı “4 kalon”dan hücum və “5-ci kalon”un missiyası

23-04-2019 14:52 - Azxeber.com - Siyasət
Beləliklə, tarixin sonrakı dövründə bütün hərbi və siyasi hücumlarda "5-ci kalon” təcrübəsindən gen-bol istifadə edildi.
Bu gün Avropa İttifaqı (Aİ) ilə strateji saziş imzalamağa hazırlaşan Azərbaycanın üzərinə edilən hücum məhz frankistlərin üslubunu xatırladır: "4 kalon” xaricdən, "5-ci kalon” daxildən hərəkətə keçib.
Hədəf imzalanacaq sazişin qarşısını almaqdır və bu, səbəbsiz deyil:


a) Aİ ilə imzalanacaq saziş ilk növbədə Azərbaycanın geosiyasi mənzərədə strateji mövqeyini gücləndirəcək;
b) Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı zəmin daha da artacaq;
c) Azərbaycanın iqtisadi imkanları genişlənəcək və bu, əhalinin sosial rifahının daha da yaxşılaşması, "Avropa standartları” deyilən səviyyəyə yüksəlməsi ilə nəticələnəcək;
– Son dövrlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar bu prosesin başlandığını göstərir və dövlət başçısının elan etdiyi "sosial paket”də birbaşa vətəndaşlara yönələn sosial layihələr yer alıb.
Aİ ilə imzalanması planlaşdırılan saziş özündə kifayət qədər geniş imkanları əks etdirir. Anti-Azərbaycan qüvvələri narahat edən də məhz budur və bu gün onlar 5 kalondan hücuma keçiblər.
"Birinci kalon” – Ermənistan:işğalçı ölkəni narahat edən əsas məqam Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllidir.
Strateq.az digər xəbərlər