Deputat parlamentin qarşısında güllələndi - VİDEO

Deputat parlamentin qarşısında güllələndi - VİDEO

Argentinada naməlum şəxslər deputat Ektor Olivaresi Konqres binası yaxınlığında güllələyiblər.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, deputatın yanındakı şəxs ölüb, özü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, əməliyyata alınıb.

İlkin məlumata görə, hücum edən şəxslər atəş açıblar, daha sonra gizləniblər.

Qeyd edilir ki, Olivares bu günlərdə futbol xuliqanları ilə mübarizə haqqında qanunun müzakirəsində iştirak edib

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər
DİN: Yol nişanlarını oğurlayan MMC direktoru və tanışları saxlanılıb

DİN: Yol nişanlarını oğurlayan MMC direktoru və tanışları saxlanılıb

09-05-2019 15:24 - Xeberle.com - Hadisə


Aprel ayının 28-nə keçən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun hər iki istiqamətində quraşdırılmış yol nişanlarının oğurlanması barədə Baş Dövlət Yol Polisi İdarəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, məlumatla əlaqədar aparılmış araşdırmalarla qeyd olunan avtomobil yolunun 26-101-ci kilometrliyində - Şamaxı və əks istiqamətlərdə nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, habelə yol hərəkəti iştirakçılarını məlumatlandırmaq məqsədilə quraşdırılmış 59 ədəd yol nişanları və göstəricilərinin gizli yolla talandığı məlum olub.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "Yol Nişan” MMC-nin direktoru Şamxal Qurbanov tanışları Bəxtiyar Umudov, Elşad Mənəfov və Elgün Salahovla qabaqcadan əlbir olaraq aprelin 27-dən 28-nə keçən gecə sözügedən magistral yolun qeyd olunan hissəsində quraşdırılmış yol nişanları və göstəricilərini oğurlayaraq "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə ümumilikdə 6,4 min manata yaxın maddi ziyan vurublar.
 

Mayın 8-də adları çəkilən şəxslər polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub, oğurlanmış yol nişanları və göstəricilər aşkar olunaraq maddi sübut kimi götürülüb.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.