Deputatın qovdurduğu popkorn satan uşaq TAPILDI: "Daimi işlə təmin ediləcək"

Deputatın qovdurduğu popkorn satan uşaq TAPILDI: "Daimi işlə təmin ediləcək"

"Azneft" meydanının altındakı yeraltı keçiddə popkorn satan oğlan tapılıb.

7News.Azxəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə məlumat verib.

O, bildirib ki, indicə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mənə zəng etdi: "Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənc tapılıb.Adı Seyfullayev İsrafil Vüqar oğludur, 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017- ci ildə IX sinfi bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır.Onun telefonuna zəng etsələr də nömrə şəbəkə xidməti kənarındadır.Gənc arzu edərsə ona peşə məktəbinə qəbul olunmaq təklifi ediləcək, peşə aldıqdan sonra isə daimi işlə təmin ediləcək".

7News.Az
Hadisə xəbərləri
Astara gömrüyündə insident Vətəndaş boğazını kəsdi

Astara gömrüyündə insident Vətəndaş boğazını kəsdi

09-05-2019 11:59 - Demokrat.az - Hadisə
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda narkotik vasitələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.   Dövlət Gömrük Komitəsindən Demokrat.az-a verilən məlumata görə, Astara sərhəd nəzarət məntəqəsinə daxil olmuş məlumata əsasən Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları ilə keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Siyab Bəxtiyar oğlu Qəhrəmanov mayın 8-də piyada yolla İrandan Azərbaycana gələrkən, Astara gömrük postunda pasport qeydiyyat köşkünün yanında sərhəd naryadı tərəfindən saxlanılıb və onunla şifahi sorğu–sual aparılıb.  Bu zaman vətəndaş sərhəd naryadına müqavimət göstərərək cibindən çıxartdığı küt alətlə sağ və sol qollarına, həmçinin boyun nahiyəsinə xəsarət yetirməyə başlayıb.  S.B.Qəhrəmanov sərhəd naryadı tərəfindən zərərsizləşdirilib və yaralarının müayinəsi üçün Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.  Müayinədən sonra həmin şəxs Astara gömrük postuna gətirilərək üzərində şəxsi yoxlama aparılıb, həmçinin ona məxsus əl yüklərinə gömrük yoxlaması tədbiq edilib.  Şəxsi yoxlama zamanı Siyab Bəxtiyar oğlu Qəhrəmanovun üzərində, əyninə geyindiyi qara rəngli şalvarın zəncirbəndinin içəri hissəsində 1 ədəd bükümdə 16 qram metamfetamin, alt paltarının belliyində 1 ədəd bükümdə 2 qram, həmçinin ayağına geyindiyi qara rəngli ayaqqabının sağ və sol taylarının üst hissəsində 9 ədəd bükümdə 12 qram tiryək aşkar edilib.   Astara gömrük postunda digər bir fakt üzrə isə İran vətəndaşından 168 qram psixotrop maddə-metamfetamin aşkarlanıb.   Belə ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat idarəsinə daxil olan əməliyyat məlumatına əsasən İİR vətəndaşı Rasooli Vizneh Shahnaz Yousefali qızı mayın 8-də piyada yolla İrandan Azərbaycana gələrkən Astara gömrük postunda şifahi sorğu-sual edilərək üzərində şəxsi yoxlama aparılıb.
7news.az digər xəbərlər