Deputatlar Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasına gedirlər

Deputatlar Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasına gedirlər

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının komitə iclası 15-16 may tarixlərində keçiriləcək.

Bu barədəModerator.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təşkilatın komitə iclası Gürcüstanda baş tutacaq. Azərbaycan nümayəndə heyəti iqtisadi və siyasi komitənin iclaslarına qatılacaq

Məlumat üçün bildirək ki, ölkəmiz 1992-ci ildən etibarən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının təsisçi üzvüdür. Təşkilatın 12 daimi və 17 müşahidəçi üzvü var. QDİƏT-in Baş Qərargahı İstanbul (Türkiyə) şəhərində yerləşir.

Azərbaycan QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya-kommunikasiya, elm-tədqiqat və texnologiyalar və s. sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edir.

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər