Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev və millət vəkili Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının 100-cü "Rose-Roth" seminarında iştirak etmək üçün Brüsselə yola düşüblər. "Olaylar" xəbər verir ki, aprelin 25-26-da keçiriləcək tədbirdə "Rose-Roth" seminarının 100-cü dəfə keçirilməsi təntənəli şəkildə qeyd olunacaq və gələcək əməkdaşlığın perspektivləri bmüzakirə ediləcək. Xatırladaq, seminarın işində 100-dən çox parlamentarinin iştirakı gözlənilir. Qeyd edək ki, "Rose-Roth" proqramı 1990-cı ildə həmin dövrdə NATO Parlament Assambleyasının prezidenti vəzifəsini daşıyan ABŞ konqresmeni Çarli Rous və senator Bill Rotun təşəbbüsü ilə yaradılıb.
Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.