Deputatlarla yanaşı, iri şirkətlər də ianə kampaniyasına qoşuldular

Deputatlarla yanaşı, iri şirkətlər də ianə kampaniyasına qoşuldular

Məlumat verdiyimiz kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı və Modern.az İnformasiya Agentliyinin informasiya dəstəyi ilə İran İslam Respublikasında baş vermiş daşqın nəticəsində zərər şəkmişlərə, həmçinin Əfqanıstanda quraqlıqdan və aclıqdan əziyyət çəkən insanlara, xüsusilə uşaqlara humanitar yardım edilməsi məqsədilə ianə toplama kampaniyası davam edir.

Bu günə kimi 12 deputat bu kampaniyaya dəstək verib. İsa Həbibbəyli, Əliağa Hüseynov, Eldar İbrahimov, Novruz Aslanov, Tahir Süleymanov, Mahir Aslanov, Cavanşir Paşazadə, Nəriman Əliyev, Kamran Bayramov, Rüstəm Xəlilov, Hikmət Məmmədov və Mahir Abbaszadə bu kampaniyaya öz töhfələrini veriblər. Deputatlarla yanaşı digər vətəndaşlar və iri şirkətlər də fəallıq göstərirlər. Belə şirkətlərdən “Azərsutəchizattikinti ASC” və “Karat Holdinq” i göstərə bilərik. Bu saata qədər İrana 3860 (üç min səkkiz yüz altmış) AZN, Əfqanıstana 530 (beş yüz otuz) AZN məbləğində maddi vəsait toplanıb.

İanə edilən məbləğin kiçik və böyüklüyündən asılı olmayaraq bu mərhəmət sorağı böyük məmnunluqla dəyərləndirilir.

İanə edən hər bir insana və şirkətə təşəkkür edirik!

Siyasət xəbərləri
Modern.az digər xəbərlər