DƏQİQƏ! İlham Əliyev 31 milyon manatlıq SƏRƏNCAM imzaladı

DƏQİQƏ! İlham Əliyev 31 milyon manatlıq SƏRƏNCAM imzaladı

Zəngilan rayonunda Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmirinə vəsait ayrılıb.

Cia.az-in məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində 61 km uzunluğunda mövcud Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 31,4 milyon manat ayrılıb.

Açar sözlər
Ilham Əliyev , Azərbaycan Avtomobil Yolları , Azərbaycan Respublikası , Zəngilan , Horadiz , Prezident , Prezident İlham Əliyev
İqtisadiyyat xəbərləri
Cia.az digər xəbərlər