Dərbənddə Nizami Gəncəvinin heykəli yenidən hazırlanacaq

Dərbənd şəhərinin rəhbərliyi dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin abidəsini vandallardan necə qorumağın yollarını müəyyənləşdirib.
Dağıstan mətbuatının yazdığına görə, bu barədə şəhər meri Xəzri Abakarov sosial şəbəkədəki bloqunda yazıb.
Dərbənd başçısı şairin yeni abidəsinin qranit və ya bürüncdən hazırlanacağını söyləyib.
Azərbaycan ustaları artıq yeni abidə üçün iki variant təqdim ediblər. Hər iki layihə ictimaiyyətə təqdim edilib. Sakinlər yeni heykəlin necə görünəcəyini özləri seçəcəklər.
Açar sözlər
Nizami Gəncəvi
, Azərbaycan
, Dərbənd