DGK ittihamlara cavab verdi - FOTO

DGK ittihamlara cavab verdi - FOTO
Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin (DGK) və onun rəhbərliyinin fəaliyyətinə qarşı əsassız ittihamların yer aldığı həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

Regionxeberleri.com "Report"-a istinadən xəbər verir ki, bu barədə DGK-nın açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, əlvan metalların istehsalı, emalı və ixracı ilə məşğul olduğu bildirilən "Salehoğlu LTD" MMC şirkətinə məxsus hazır məhsulun ixrac gömrük proseduru ilə rəsmiləşdirilməsi üçün bəyan edildiyi, ancaq gömrük orqanları tərəfindən guya qanunsuz olaraq hazır məhsulun xammal şəkildə rəsmiləşdirilməsinin tələb olunduğu, bununla da şirkətin əlavə ödəmələrə məruz qaldığı iddia edilir.

"Nazirlər Kabinetinin 500 nömrəli qərarına əsasən ixrac edilən mis və sink əsasında ərintilər (latun) 5 sentyabr 2021-ci il tarixinə qədər gömrük dəyərinin 10%-i və hər min kiloqrama görə 300 ABŞ dollarından az olmamaqla gömrük rüsumuna cəlb edilir.

Lakin bəzi iş adamları qanunvericiliyin tələblərinə əməl etməyərək yuxarıda qeyd olunan malların ixracı zamanı gömrük rüsumundan yayınmağa cəhd edirlər. Belə ki, Komitənin müvafiq qurumlarının apardığı araşdırma nəticəsində həmin işadamları tərəfindən latun ərintilərin kustar üsulla emal olunduqdan sonra standartlara cavab verməyən yarımfabrikatlar halına salınmaqla (çubuqlar, digər yivli məmulatlar və s.) gömrük orqanlarına yanlış bəyan olunduğu, bununla da gömrük ödənişlərindən yayınmağa cəhd etdikləri müəyyən edilib. "Salehoğlu LTD" MMC şirkətinə məxsus olduğu iddia edilən məhsullar da bu qəbildəndir.

Mis və sink əsasında ərintilər (latun) yuxarıda qeyd olunduğu kimi gömrük dəyərinin 10 faizi və hər 1000 kiloqrama görə 300 ABŞ dollarından az olmamaqla ixrac rüsumuna cəlb edildiyi halda, texnoloji standartlara uyğun şəkildə emal edilən və müvafiq standartlara cavab verən yarımfabrikatlar (çubuqlar, digər yivli məmulatlar və s.) hər 1000 kiloqrama görə 15 ABŞ dolları məbləğində ixrac rüsumuna cəlb olunur.

Ölkədə aparılan və gömrük xidmətini də əhatə edən islahatların məqsədi gömrük sistemində neqativ halların aradan qaldırılması, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması, daxili bazarın və iqtisadi təhlükəsizliyin qorunmasıdır: Gömrük orqanları da fəaliyyətini bu istiqamətdə qurur və ictimai rəy, beynəlxalq ekspertlərin fikirləri bunu deməyə əsas verir ki, qarşıya qoyulan məqsədlər uğurla icra edilir. DGK-nın inhisarçılığa şərait yaratması və ya yol verməsi ilə bağlı deyilənlər isə, ümumiyyətlə cəfəngiyyatdır və məqsədli şəxslərin təxəyyülünün məhsuludur. Ölkənin strateji dövlət qurumuna qarşı qaralama kampaniyasının əsas predmetinə çevrilən "hazır məhsul"un həqiqətən hazır məhsul və ya xammal olduğuna isə aşağıdakı fotolara baxaraq qiymət vermək olar”, - açıqlamada qeyd olunub.

Paylaş:

İqtisadiyyat xəbərləri

Dövlət xəstəxanalarının həkimlərinin maaşı 245-325 manat civarındadır - Ekspert biabırçı durumu şərh etdi

26-04-2019 12:55 - Cebhe.info - İqtisadiyyat
Amma minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılması ilə bağlı Vahid Tarif Cədvəlinə (VTC) dəyişiklikdən sonra bu sferada vəziyyətə baxıram, çox acınacaqlı durumdur".

Cebhe.infoxəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev irəli sürüb.

O bildirib ki, mövcud qanunvericiliyə (səhiyyə sahəsində vahid tarif-ixtisas sorğu kitabçası) görə dövlət səhiyyə müəssislərində əmək stajından asılı olaraq həkim heyəti 9-15-ci dərəcələr, orta tibb heyəti 5-9-cu dərəcələr, aşağ tibb heyəti isə 3-4-cü dərəcələr əsasında maaş alırlar:

"Yeni artımlardan sonra dövlət səhiyyə müəssislərində yeni işə başlamış həkimin maaşı (9-cu dərəcə ilə) 182 manatdan 246 manata, ən stajlı (11 ildən çox staja malik və 15-ci dərəcə ilə) həkimlərin maaşı isə 251 manatdan 324 manata yüksəlib.

Amma gəlir vergisi və sosial sığorta ayırmalarında baş verən dəyişikliklərdən sonra işçiyə çatası xalis əməkhaqqının gross məvacibə nisbəti aşağı düşüb.

Belə ki, 2019-cu ilin yanvarın 1-dək qüvvədə olan qanunvericiliyə görə maaşların yaşayış minimumunun 1 mislinədək olan hissəsi, yəni 2018-ci ildə 173 manat gəlir vergisindən azad idi.
Regionxeberleri.com digər xəbərlər