DİA-da “Azərbaycan Respublikasında dövlət-din münasibətləri” istiqaməti üzrə ixtisasartırma kursu təşkil edilib

DİA-da “Azərbaycan Respublikasında dövlət-din münasibətləri” istiqaməti üzrə ixtisasartırma kursu təşkil edilib

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Azərbaycan Respublikasında dövlət-din münasibətləri” istiqaməti üzrə ixtisasartırma kursu keçirilib.

DİA-dan AZƏRTAC-a verilən məlumata görə, kursa dövlət qulluqçuları cəlb olunub.

Kursun keçirilməsində əsas məqsəd Azərbaycanda dövlət-din münasibətlərinin əsas istiqamətləri, ölkəmizdə mövcud dini vəziyyət: reallıqlar və perspektivlər, respublikamızda dövlət-din münasibətləri dini icmaların fəaliyyətinin təşkili kontekstində, Azərbaycanda dövlət-din münasibətləri milli təhlükəsizlik kontekstində və s. mövzularla bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması olub.

Kurs müddətində “Azərbaycan Respublikasında dövlət-din münasibətləri” istiqaməti üzrə Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfov, böyük məsləhətçi Əliheydər Zülfüqarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, sədr müavinləri Səyyad Salahlı, Səyavuş Heydərov, Gündüz İsmayılov, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Abbas Abbasov, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin milli, dini məsələlər üzrə şöbə rəisi Oqtay Tağıyev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov və başqaları müxtəlif mövzularda mühazirələrlə çıxış ediblər.

Sonda kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim edilib.

Siyasət xəbərləri
Azertag.az digər xəbərlər