Viləşçay Su Anbarı İdarəsi 621 min vergi borcu olan QSC ilə 177 min manatlıq müqavilə bağladı - İLGİNC FAKTLAR
27-06-2022 13:10
- Dia.az - İqtisadiyyat
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Viləşçay Su Anbarının İstismarı İdarəsi tərəfindən Masallı rayonu Şıxlar və Yeddioymaq kəndləri ərazisindən keçən hissədə D=1020 mm-lik 03 nömrəli qapalı boru kəmərinin əsaslı təmiri işlərinin satın alınması üzrə 05.04.2022-ci ildə müsabiqə yolu ilə başlanılmış kotirovka sorğusuna yekun vurub və 25.06.2022-ci il tarixdə “AZMET” Qapalı Səhmdar Cəmiyyəti ilə 177 114.81 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib.