Diaspora Komitəsi AXC ilə bağlı kitablara pul ayırmaqdan imtina etdi – FOTO

Diaspora Komitəsi AXC ilə bağlı kitablara pul ayırmaqdan imtina etdi  – FOTO


Fərhad Çağtürk / AzEuroNews.com ➤ Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə bağlı kitabların nəşrinə pul ayırmaqdan imtina edib. AzEuroNews.com xəbər verir ki, AXC ilə bağlı Ədalət Tahirzadənin və Dilqəm Əhmədin üç dildə çap edilən “Azərbaycan Respublikası (1918-1920)“ kitabının yenidən nəşr edilməsinə maliyyə ayrılması xahişi ilə tanınmış naşir, “Qanun” nəşriyyat evinin sahibi Şahbaz Xuduoğlu komitəyə müraciət edib:

“ADR-in 100 illiyi ilə bağlı Ədalət Tahirzadənin və Dilqəm Əhmədin yazdıqları “Azərbaycan Respublikası (1918-1920)“ kitabı üç dildə nəşr etdik. Sonra onların hərəsindən bir ədəd zərfə qoyub Diasporla iş üzrə Dövlət Komitəsinə göndərdim. Məktubda yazdım ki, xaricə gedəndə, qonaqlarınız gələndə onlara hədiyyə edin, qoy dövlətimizin tarixi haqqında yaxşı məlumatları olsun. Doğrusu, məktubuma cavab gəlməyəcək deyə düşünmüşdüm. Amma gəldi, proqnozum özünü doğrultmadı. Cavab Məktubunda yazılıb ki, kitab almaq üçün büdcə nəzərdə tutulmayıb”.