Diktator ayı ətinə qonaq edilib


Diktator ayı ətinə qonaq edilib

Şimali Koreya lideri Vladivostokdaqonaqdır. Burada o, qubernator Oleq Kojemyako ilə görüşüb.

Cebhe.info xəbər verir ki, onların görüşü restoranda baş tutub. Burada qubernator Kim Çeni rus mətbəxi ilə tanış edib. Kim Çen ilk dəfə məhz burada ayı və qaban əti yeyib. Həmçinin uxa, ətli kökə, salatların da dadına baxıb.

Görüş iştirakçıları bildirib ki, Şimali Koreya lideri bütün yeməklərdən az-az dadıb. Nümayəndə heyəti öz aşpazlarını restorana gətirməyib. Koreya mətbəxindən heç nə masada olmayıb.

Xatırladaq ki, 25 apreldə Kim Çen Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Xəzər

Cebhe.info


Oxunma sayı: 1038