Diktatorun gəmisi saxlanıldı: Çində...


Diktatorun gəmisi saxlanıldı: Çində...

Şimali Koreyaya məxsus “Wise Honest" yük daşıyan gəmisi ABŞ ərazisində həbs olunub.

Cebhe.info xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin saytında məlumat yer alıb.

Məlumata görə, gəmidən kömür və hərbi texnikanın qanunsuz daşınması üçün istifadə edilib. Bu isə ABŞ və BMT sanksiyalarını pozur.

"Şimali Koreya və onu sanksiyalardan uzaq tutmağa çalışan şirkətlər bilməlidir ki, biz sanksiyalara riayət edilməsi üçün bütün tədbirləri görəcəyik", - deyə baş prokurorun köməkçisi Con Demers bildirib.

Şimali Koreya gəmisinin saxlanılması bu qəbildən ilk hadisədir.

Xəzər

Cebhe.info


Oxunma sayı: 67