DİM: 48022 abituriyent ərizəsini təsdiq edib

DİM: 48022 abituriyent ərizəsini təsdiq edib

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) ONA-ya verilən məlumata görə, 1 aprel saat 09.45-ə olan məlumata əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 48022 abituriyent öz ərizəsini təsdiq edib.

“İxtisas qrupları, yaz və yay imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər)”, - DİM-dən bildirilib.

Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu martın 15-dən başlayıb və aprelin 15-dək internet vasitəsilə aparılacaq.

Mədəniyyət xəbərləri
Apa.az digər xəbərlər