DİM: 8 vakant vəzifə üzrə 16 yer ümumi müsahibəyə çıxarılıb

DİM: 8 vakant vəzifə üzrə 16 yer ümumi müsahibəyə çıxarılıb

Dövlət İmtahan Mərkəzinin aprelin 1-də elan etdiyi ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

DİM-dənREAL-a verilən məlumata görə, elan üzrə 3 dövlət orqanında mövcud olan 8 vakant vəzifə üzrə 16 yer ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə 5 müsahibənin keçirilməsi planlaşdırılır.

Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Qəbələ "Asan xidmət" mərkəzi, Uçot sektorunda baş məsləhətçi - mühasib (1 vakant yer üzrə 6 namizəd), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İmişli regional "ASAN xidmət" mərkəzi, Uçot sektorunda sektor müdiri - baş mühasib (1 vakant yer üzrə 5 nəfər) vəzifələri olub.

İqtisadiyyat xəbərləri
Realtv.az digər xəbərlər