DİM növbəti SAT imtahanı keçirəcək

DİM növbəti SAT imtahanı keçirəcək

Mayın 4-də Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanı keçiriləcək

DİM-dən verilən xəbərə görə, imtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08.30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir.

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/sat/

Qeyd edək ki, SAT (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT Subject isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir.

pia.az