DİN-də Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş mərasim keçirilib

DİN-də Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş mərasim keçirilib

Daxili İşlər Nazirliyində ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Nazirlikdən verilən məlumata görə, Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev toplantıda çıxış edərək ulu öndərin bütövlükdə Yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və inkişafında, hüquqi, demokratik və dünyəvi dövlət kimi imicinin yüksəldilməsində əvəzsiz rolundan danışıb. O, eyni zamanda, respublika daxili işlər orqanlarının formalaşmasında, təkmilləşdirilməsində, ölkədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini işinin yüksək səviyyədə təşkilində göstərdiyi müstəsna xidmətlər barədə gənc zabitlərə ətraflı məlumat verib.

Mərasimin sonunda tədbir iştirakçıları ulu öndərin ömür yolundan və fəaliyyətindən bəhs edən «Vətənə, xalqa həsr edilən ömür» adlı sənədli filmə baxıblar.

Siyasət xəbərləri
Faktor.az digər xəbərlər
Nərimanovda Qələbənin 74-cü ildönümü qeyd edilib

Nərimanovda Qələbənin 74-cü ildönümü qeyd edilib

09-05-2019 18:30 - Faktor.az - Siyasət

Mayın 9-u Nərimanov rayonunda yerləşən “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksində faşizm üzərində Qələbənin 74-cü ildönümü ilə əlaqədar mərasim keçirilib.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev xalqımızın faşizmə qarşı mübarizədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərdiyini qeyd edərək, şanlı Qələbəyə neft Bakısının töhfəsinin də əvəzsiz olduğunu, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyətinin Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdiyini diqqətə çatdırıb.
 
Natiq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşdığını söyləyib.

Ulu Öndərimizin bu siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən A.Fərzəliyev, ölkəmizdə müharibə veteranlarına göstərilən dövlət qayğısını sosial siyasətin əsas istiqamətlərindən biri kimi səciyyələndirib.

“Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksinin dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində yaradıldığını nəzərə çatdıran icra başçısı, tezliklə sözügedən kompleksdə Heydər Əliyev Fondu tərəfindən yenidənqurma işlərinin həyata keçiriləcəyini və faşizm üzərində Qələbənin 75-ci ildönümünün artıq tam yenilənmiş olacaq fərqli bir görünüşlü məkanda baş tutacağını bildiridi.

Milli Məclisin deputatı Adil Əliyev çıxışında tarixi Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənlimizin canlarından keçməsini, Azərbaycanın igid oğul və qızlarının müharibə tarixinə parlaq səhifələr yazmasını, veteranların döyüşlərdə, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrini xüsusi vurğulayıb.

Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov Azərbaycan dövlətinin rəhbərliyinin keçmiş sovet ölkələrinin müştərək tarixi ilə bağlı mövqeyinin yüksək qiymətləndirildiyini xüsusi qeyd edib.

Tədbirdə retro avtomobillərin yürüşü təşkil olunub.
Azərbaycan və Türkmənistan gömrük orqanları qarşılıqlı təcrübə və məlumat mübadiləsini gücləndirəcək

Azərbaycan və Türkmənistan gömrük orqanları qarşılıqlı təcrübə və məlumat mübadiləsini gücləndirəcək

09-05-2019 15:00 - Faktor.az - İqtisadiyyat

Mayın 9-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Türkmənistan Dövlət Gömrük Xidməti sədrinin müavini Dövlət Bayruyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan Səfər Mehdiyev iki ölkə arasında dostluq münasibətlərindən, müxtəlif sahələrdəki işgüzar əlaqələrdən söhbət açıb, qarşılıqlı əlaqələrin səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb.
 
Komitə sədri son illərdə Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi gömrük sistemində aparılan islahatlardan bəhs edib, tətbiq edilən yeniliklərin gömrük işinin səmərəliliyinin artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi, şəffaflığın təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

O da qeyd edilib ki, coğrafi baxımdan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərndə yerləşməsi Azərbaycanın beynəlxalq ticarətdəki rolunu daha da artırır və bu baxımdan ölkəmiz, xüsusilə region dövlətləri ilə bütün sahələrdə olduğu kimi gömrük işinin təşkili istiqamətində də səmərəli və işğüzar münasibətlərin qurulmasına önəm verir.