DİN-in sabiq idarə rəisinə qarşı dələduzluq edən şirkət rəhbəri həbs edildi

DİN-in sabiq idarə rəisinə qarşı dələduzluq edən şirkət rəhbəri həbs edildi

Azərbaycanda vətəndaşlara qarşı dələduzluq edən şirkət rəhbəri həbs olunub.

ONA-nın məlumatına görə, "Azəri AQA” MMC-nin rəhbəriQədim Ədilovbiznes qurmaq adı ilə vətəndaşların 2 milyon manata yaxın pulunu mənimsəməkdə təqsirli bilinir. Zərərçəkənlər arasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisiCavad Şıxəliyevdə var. Q.Ədilov C. Şıxəliyevin etibarından sui-istifadə edərək onun 50 min dollar pulunu mənimsəyib.

Çoxsaylı vətəndaşlardan daxil olan şikayət əsasında Binəqədi Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq orqanı Q.Ədilovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə mayın 3-də təqdimata baxaraq Q.Ədilov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Q.Ədilov bundan əvvəl dələduzluq əməllərini ört-basdır etmək üçün özünü "MTN işi”ndə zərərçəkən kimi təqdim etməyə çalışsa da, istintaq onu zərərçəkən kimi tanımayıb.

www.anews.az

loading...

Hadisə xəbərləri
Anews.az digər xəbərlər