DİN meşədən silah tapılması ilə bağlı MƏLUMAT YAYDI

DİN meşədən silah tapılması ilə bağlı MƏLUMAT YAYDI
09:26 26 Aprel 2019Zaqatalada meşəlik ərazidə silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyinin mətbiat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, aprelin 25-də Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin şimal-qərb regional mərkəzinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirlər zamanı rayonun Kəbəloba kəndi ətrafında yerləşən meşəlik ərazidə şübhəli bağlama aşkar edilib. Həmin bağlamaya baxış zamanı onun içərisində bir ədəd “ Revolver” tipli tapança, bir ədəd ov tüfəngi 23 gilizlə birlikdə, iki ədəd əl qumbarası, bir ədəd 4,5 mm-lik tapança, 680 ədəd müxtəlif silahlara məxsus güllələr, bir ədəd gecəgörmə cihazı, bir ədəd avtomat patron darağı, bir ədəd idman tapançası 2 patron darağı ilə birlikdə və bir ədəd 9 mm-lik tapança darağı aşkar edilərək götürülmüşdür.
Faktla bağlı araşdırma aparılır. Rusiya mətbuatının yaydığı məlumata görə, iki nəfər ölüb.
Oxunub: 88
Oxşar xəbərlər
- DİN Ucarda zəncirlənmiş halda saxlanıldığı deyilən şəxslə bağlı MƏLUMAT YAYDI
- DİN həkim-narkoloq vəzifəsinə işçi axtarır
- DİN-dən avtomobil sahiblərinə müraciət
- DİN avtomobil sahiblərinə MÜRACİƏT ETDİ
- DİN çılpaq qızların videosunu yayan şəxsin kimliyini açıqladı
- Dini təbliğatla məşğul olan 152 nəfər hüquqi məsuliyyətə cəlb edilib
- DİN əməkdaşkları 26 cinayətin üstünü açdı - Son bir gündə
- Dini Komitə ilahiyyatçı Elşad Miriyə cavab verib
- DİN generalı qaynını bağışladı - 60 minlik iddia
- DİN bu şəxslə bağlı əhaliyə müraciət etdi -FOTO