DİN: Yol nişanlarını oğurlayan MMC direktoru və tanışları saxlanılıb

DİN: Yol nişanlarını oğurlayan MMC direktoru və tanışları saxlanılıb

Aprel ayının 28-nə keçən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun hər iki istiqamətində quraşdırılmış yol nişanlarının oğurlanması barədə Baş Dövlət Yol Polisi İdarəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, məlumatla əlaqədar aparılmış araşdırmalarla qeyd olunan avtomobil yolunun 26-101-ci kilometrliyində - Şamaxı və əks istiqamətlərdə nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, habelə yol hərəkəti iştirakçılarını məlumatlandırmaq məqsədilə quraşdırılmış 59 ədəd yol nişanları və göstəricilərinin gizli yolla talandığı məlum olub.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "Yol Nişan” MMC-nin direktoru Şamxal Qurbanov tanışları Bəxtiyar Umudov, Elşad Mənəfov və Elgün Salahovla qabaqcadan əlbir olaraq aprelin 27-dən 28-nə keçən gecə sözügedən magistral yolun qeyd olunan hissəsində quraşdırılmış yol nişanları və göstəricilərini oğurlayaraq "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə ümumilikdə 6,4 min manata yaxın maddi ziyan vurublar.


Mayın 8-də adları çəkilən şəxslər polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub, oğurlanmış yol nişanları və göstəricilər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər
Sumqayıtda Qələbə Günü qeyd olunub - FOTOLAR

Sumqayıtda Qələbə Günü qeyd olunub - FOTOLAR

09-05-2019 18:20 - Xeberle.com - Hadisə


Sumqayıt şəhərində 9 May – Qələbə Günü münasibətilə ümumşəhər tədbiri təşkil edilib.
Xeberle.com xəbər verir ki, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarının nümayəndələri, müharibə veteranları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirin əvvəlində 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülüb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov veteranlarla görüşüb, onları faşizm üzərində əldə olunmuş qələbə münasibəti ilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Tədbirdə çıxış edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışaraq öz xatirələrindən söz açıb, onlara göstərilin diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
 Sonda Qələbə Günü münasibətilə keçirilən paradda Milli Ordunun "N” saylı hərbi hissəsinin əsgərləri, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları, "Şahin” hərbi-idman oyununda təmsil olunan şəhər məktəblərinin şagirdləri hərbi orkestrin müşayiəti ilə yürüş ediblər.
Yürüş Sumqayıtın on minlərlə sakini tərəfindən böyük maraqla qarşılanıb.





Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.