Dindarlarla dolu avtobus aşdı - Çox sayda ölən və yaralanan var

Dindarlarla dolu avtobus aşdı - Çox sayda ölən və yaralanan var

İranda dindarları daşıyan avtobusun aşması nəticəsində çoxlu sayda ölən və yaralananlar var

Xeberle.com gunaz.tv-yə istinadla xəbər verir ki, axşam saatlarında İranın Loristan vilayətində dindarları daşıyan avtobus yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 6 nəfər ölüb, 44 nəfər yaralanıb. Avtobus dindarları ziyarət məqsədi ilə Cəmkəran məscidinə aparırmış.

Hələlik qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər