“Dinlərarası dialoq və radikalizmlə mübarizə” KONFRANS

“Dinlərarası dialoq və radikalizmlə mübarizə” KONFRANS

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda ikinci beynəlxalq konfrans aprelin 26-da panel iclaslarla davam edib. SİA xəbər verir ki, əvvəlcə Azərbaycandakı multikultural mühitdən bəhs edən videoçarx nümayiş olunub.

ADA Universitetinin dosenti Anar Vəliyevin moderatorluğu ilə keçən "Dini icmalar sülhün carçıları kimi" mövzusunda birinci paneldə çıxış edən Rumıniya müsəlmanlarının dini rəhbəri Murad Yusif, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Aqil Şirinov, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və İtaliyanın Təhsil Nazirliyinin nümayəndəsi Covanni Koqliandro dünyada dini radikalizmlə mübarizənin hələ də başa çatmadığını bildiriblər. Qeyd edilib ki, gənclərin dini düzgün öyrənmələri üçün yollar axtarılmalıdır. Bizim cəmiyyətlərimiz plüralist cəmiyyətlərdir, müxtəlif konfessiyalardan ibarətdir. Dini konfessiyaları birgə yanaşı yaşamağa təşviq etmək lazımdır. Biz bu fərqlilikləri problem kimi yox, zənginliyin nümunəsi kimi qəbul etməliyik.

Ceyhun RASİMOĞLU

Siyasət xəbərləri
Sia.az digər xəbərlər
Əli Həsənov: "İctimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar"

Əli Həsənov: "İctimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar"

26-04-2019 21:56 - Sia.az - Siyasət
Turizmin güclü inkişaf etdiyi bütün şəhərlərin tarixi mərkəzi təkcə mədəniyyət nümunələri ilə deyil, həm də ora gələn çoxsaylı qonaqların rahatlığı üçün müasir infrastruktur, çoxsaylı məişət-iaşə obyektləri ilə zəngindir.

SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov "Facebook" səhifəsində yazıb.

Ə.Həsənov qeyd edib ki, bu gün Bakımızın mərkəzi öz gözəlliyi, rahatlığı, cəlbediciliyi, ən əsası isə qabaqcıl infrastrukturu ilə sözün əsl mənasında dünyanın ən gözəl şəhərləri ilə müqayisə oluna bilər:

"Çox təəssüf ki, feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların bütün cəhdləri iflasa uğradıqdan sonra indi də siyasi maraq qrupları, ayrı-ayrı fərdlər restoranları, kafeləri, suvenir satış nöqtələrini hədəf götürməyə çalışırlar.

Görünür, dünyagörüşünün məhdudluğu bu insanlarda turizm mərkəzləri haqqında da yanlış təsəvvürün formalaşmasına səbəb olub.

Yalan, böhtan üzərində qurulan siyasət gec-tez ifşa olunur, bu üsulla populyarlıq qazanmaq istəyənlər ictimai qınağa rast gəlir və olan-qalan nüfuzlarını da itirirlər.