“Diqlas”da malları yanan sahibkarlar siyahıya alınır

“Diqlas”da malları yanan sahibkarlar siyahıya alınır

“Diqlas”da baş verən yanğında zərərçəkən sahibkarlar siyahıya alınır.

Bizimyol.info xəbər verir ki, artıq bu saatlarda yanğından zərərçəkön sahibkarlar siyahıya alınmağa başlayıb.

Bakı, şəhəri, Nizami rayon prokurorluğu

Eyni zamanda siyahıya alınan zərərçəkmiş sahibkarların Nizami rayon prokurorluğunda dindiriləcəyi də bildirilir.

***

Xatırladaq ki, Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.

Müvafiq sənədi martın 28-də AZƏRTAC dərc edib.

Sərəncama əsasən, Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar komissiya yaradılıb. Komissiya görülmüş işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İqtisadiyyat xəbərləri
Bizimyol.info digər xəbərlər