"Diqlas"da zərərçəkən 89 sahibkara 778 min manat ödənilib

"Diqlas"da zərərçəkən 89 sahibkara 778 min manat ödənilib

Yanğından zərər çəkmış sahibkarlara maddi yardımın ödənilməsi prosesi davam edir.


İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Moderator.az -a verilən məlumata görə, indiyədək 219 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən 161 sahibkara 1 milyon 126 min manat ödənilməsi qərara alınıb. Artıq 778 min manat məbləğındə maddi yardım 89 zərər çəkmiş sahibkarın bank hesabına köçürülüb.


Qeyd edək ki, ödənişlər "Kapital Bank" və "TuranBank" vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.


Zərər çəkmiş sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir.


Açar sözlər
Iqtisadiyyat Nazirliyi , Kapital Bank , Turanbank
İqtisadiyyat xəbərləri
O vaxt Nazim İbrahimov vəzifədə idi, qardaşı da istədiyini edirdi... - Qazaxlı sahibkar haqqını tələb edir

O vaxt Nazim İbrahimov vəzifədə idi, qardaşı da istədiyini edirdi... - Qazaxlı sahibkar haqqını tələb edir

09-04-2019 12:23 - Rubrika.az - İqtisadiyyat
İçki içməyindən fəxrlə danışan "Hacı" İbrahim Nehrəmli banklara 850 milyon və Elşad Məmmədova “Avesta” konserniinə daxil olan “Həsən — 96” MTK-nın tikdiyi çoxmərtəbəli binada ümumi dəyəri 355 min manat borcu olduğu haqda müraciətləri cavabsız qaldığı üçün, təhdidlərə məruz qalaraq üç az yaşlı övladını götürərək Azərbaycanı tərk etmək məcburiyyətində qalan qazaxlı iş adamı saytımıza növbəti müraciət ünvanlayıb. İki gündən bir ”Bandotdel” tərəfindən çağırılmağım doğru deyil…”Layihəsinin dəyərini 100 milyard dollar qiymətləndirən, mətbuata verdiyi açıqlamalarda Amerika, Türkiyə, ərəb və Çin investorlarının onun fırıldaq layihəsinə böyük maraq göstərdiyini – guya türk iş adamı Əli Ağaoğlunun ona 125 milyon dollar, Çin şirkətlərinin 600 milyon dollaradək, Qətərin dövlət şirkətinin 1 milyard dollar yatıracağı, Kanada dövlət agentliyi “Export Development Canada”nın 4 milyard dollaradək kredit ayıracağı, son olaraq Çin Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin 15 milyard investisiya ayırdığını iddia edən, söylədiyinin hamısı da AĞ YALAN çıxan BİRİNİN 4-5 sınıq-salxaq, yarımçıq binanı 1,5 milyard manat dəyərləndirməsi, əlbəttə, təəccüblü deyil.
Moderator.az digər xəbərlər