DİQQƏT! Flora Kərimova bu müğənnidən niyə üzr istədi? - İlk dəfə danışdı

DİQQƏT! Flora Kərimova bu müğənnidən niyə üzr istədi? - İlk dəfə danışdı

Xalq artisti Flora Kərimova bu gün ilk dəfə Elza Seyidcahanla barışması haqqında danışıb.

Metbuat.az xəbər verir ki, ATV-də yayımlanan "ŞOU ATV" verilişi Flora Kərimova ilə telefon bağlantısı yaradaraq onun fikirlərini soruşub.

Elza Seyidcahan haqqında müsbət fikirlər söyləyən xalq artisti " qızım qurban olum, bilmirəm harda nə vaxt itiririk insanlığımızı. Mən Elza xanımı başa düşməyənlərin birisi, bəlkə də birincisi olmuşam. Ancaq o gün səhnədə mən əsl sənət görmüşəm. Onun mahnılarını gördüm. Elza xanım, sizin sənətinizi görmək lazımdır. Və dedim ki sənətə xoş gəlmisiniz. İndi də bu fikrimdə qalıram. Ancaq niyə bu xoş sözü bəziləri çox şişirdir? İnsanlar qəbul eləmək isəmir mənim gördüyümü, hiss etdiyimi..." deyib.