Diri ölülər... -VİDEOREPORTAJ

Diri ölülər... -VİDEOREPORTAJ

Burada yiyəsini gözləyən hazır qəbirlər çoxdur. İnsanların bəziləri ailə üzvlərinin sayını nəzərə alaraq böyük bir ərazini hasarlayır. Elə buna görə də əksər hallarda qəbiristanlıqlarda yer qıtlığı yaranır. Dövlət rüsumu 63 manat olan qəbir yerlərinin ölü yiyələrinə təxmini neçəyə verilməsindən çoxu xəbərdardır. Bu qiymət adətən yerinə görə dəyişir. Qəbir yerlərinin əvvəlcədən alınmasına gəlincə, Bakı Şəhər Mənzil Komunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinindən bildirildi ki, bu illər əvvəl belə idi. Qəbir yerlərinin əvvəlcədən alınması İslam dininə görə də günah sayılır. Üstəlik qəbir yerinə görə əlavə pulun alınması da haram hesab olunur. Dindarlar bildirir ki, qəbirlərin mərmər daşlarla bəzədilməsi də günahdır. İslam dininə görə, müəyyən vaxtdan sonra qəbirlər torpağa qarışmalıdır.Ümumiyyətlə isə yer kürəsi insanların yaşaması və orada dəfn olunması üçün tanrının bir hədiyyəsidir. Hədiyyəni isə satın almazlar.

Hadisə xəbərləri
“Atrabank”ın İdarə Heyətinin keçmiş sədri həbs olunub

“Atrabank”ın İdarə Heyətinin keçmiş sədri həbs olunub

29-11-2017 22:31 - Sputnik.az - Hadisə
Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, ləğvetmə prosesində olan “Atrabank” ASC-nin İdarə Heyətinin sabiq sədri Nəbiyev Elmixan Nəbi oğlu həmin vəzifədə işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, bank sahəsində qüvvədə olan qanunvericiliyi, o cümlədən Mərkəzi Bankın İdarə Heyətinin banklarda məcmu kapitalının minimum miqdarının 50.000.000 manat müəyyən edilməsi haqqında 25 iyul 2012-ci il tarixli qərarında nəzərdə tutulmuş şərtləri pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq və bankın fəaliyyətini davam etdirməsi ilə əlaqədar nizamnamə kapitalının artırılması üçün faktiki movcud olmayan maliyyə vəsaitləri üzrə özünün iştirakı ilə yaradılmış və yaxın münasibətləri olduğu ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələri təşkil edib onların adlarına, o cümlədən “Kristal Fermer” MMC-nin direktoru Heydərov Eldar Müslüm oğluna 3.500.000 manat, “Günel-R” firmasının direktoru Arazov Ağamirzə İmammirzə oğluna 1.000.000 ABŞ dolları, həmçinin “Bəyaz” firmasının direktoru Gərayzadə Rəşadət Hacağa oğluna 1.000.000 ABŞ dolları olmaqla, ümumilikdə 6.705.600 manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirib.
Xeberle.com digər xəbərlər