Diyarbəkirdə 5 PKK terrorçusu zərərsizləşdirildi

Diyarbəkirdə 5 PKK terrorçusu zərərsizləşdirildi

Türkiyənin Diyarbəkir bölgəsində həyata keçirilən "Bayrak-123" əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı 5-ə yüksəlib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Diyarbəkir Jandarm Bölgə Komandanlığı qrupları tərəfindən keçirilən "Bayrak-123" əməliyyatında ümumilikdə 5 terrorçu silahları ilə birlikdə zərərsizləşdirilib", - deyə məlumatda qeyd olunub.

Bölgədə əməliyyatların davam etdiyi bildirilir.

Ağalar Ağalarlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə PKK Terror

Hadisə xəbərləri
Ordu.az digər xəbərlər