Bu gün Türkiyə Mərkəzi Bankıfaiz qərarının açıqlayıb. "Marja" xəbər verir ki, Bank faiz dərəcəsini dəyişməyərək 24 faizdə saxlayıb.
HƏMÇİNİN OXU:Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Amma, Mərkəzi Bank açıqlama mətnindən "ehtiyac olması halında əlavə sərt tədbirlər görülə bilər" ifadəsini çıxardıb.
Mart ayındakı açıqlama mətndə bu ifadəyə yer verilmişdi;
"İnflyasiyaya təsir edən digər faktorlardakı prosesləri yaxından izləyərək ehtiyac olması halında əlavə sərt tədbirlər görülə bilər".
İfadədəki dəyişiklik, bazarlarda "faiz endiriminə qapı açıldı" şəklində qəbul edilib. Açıqlamadan sonra Dollar 5.90 lirədən 5.9801lirəyədək yüksəlib. Bu gün Lirə Dollar qarşısında 1,6%ucuzlaşıb.
Türk Lirəsi (TL) 2019-cu ilin əvvəlindən bəri Dollar qarşısında 10%-ə qədər ucuzlaşıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
İqtisadçılar bildirirlər ki, əgər ifadə mətndən çıxarılmasaydı məzənnə hərəkətə gəlməzdi. "Faizin endiriləcəyini hamı gözləyir - bəziləri iyun, bəziləri son rübdə olacağını gözləyir. Amma bazarda faizin daha tez tarixdə endiriləcəyi ideyası yarandı. Mərkəzi bankın mətni yumşaltması sual işarələri yaradıb. Apreldə inflyasiya yüksəlirsə başlar qarışacaq",- Maliyyə məsləhətçisi Rəcəb Atakan bildirib.
İqtisadçılar bildirirlər ki, mətndə "ehtiyac olması halında əlavə sərt tədbirlər görülə bilər" ifadəsinin saxlanması daha yaxşı olardı.