Dollara tələb artır - GÜNƏ BAXIŞ

Dollara tələb artır - GÜNƏ BAXIŞ

Amerikanın fond bazarlarında risk iştahının artması, dollara olan tələbi də artırır, siyasi və iqtisadi risklər qızılı bahalaşdırır.


ABŞ-ın fond bazarlarında sürətli bahalaşma və dollar

Amerikanın fond bazarlarında indekslərin sürətlə bahalaşması, valyuta birjalarında dollara olan tələbin də artmasına səbəb olur. Lakin mütəxəssislər fond bazarlarındaki bahalaşmanın əsasında fundamental amillərin dayanmadığını bildirirlər.

Avro 1.1075$-a kimi ucuzlaşa bilər

Bununla yanaşı, aparıcı valyutaların dollara nisbətən qiymətləri də təzyiq altındadır. Belə ki, EUR/USD məzənnəsi artıq 1.12$-ın altında ticarət olunur və 1.1075$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Qızılda bahalaşma sürətlənə bilər

Əlvan metallar bazarlarında qızılın qiymətində isə bahalaşma müşahidə edilir və qızılın bir unsiya üzrə qiyməti 1280$-ı yuxarı istiqamətdə qırarsa, 1295$-a kimi də bahalaşa bilər.

Məlumat AzərbaycanınİnvestAZİnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

İqtisadiyyat xəbərləri
Marja.az digər xəbərlər