Donald Tramp hərbçiləri Meksika ilə sərhədə göndərib

Donald Tramp hərbçiləri Meksika ilə sərhədə göndərib

ABŞ prezidentiDonald Trampbildirib ki, bir qruphərbçini Meksika ilə sərhədə göndərib.

“Report” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Twitter”dəki səhifəsində yazıb.

O, bildirib ki, bu yaxınlarda Meksika əsgərləri ABŞ-ın Milli Qvardiyasının əsgərlərinə tapançalar veriblər. Dövlət başçısı bunu onların diqqəti sərhəddə narkotik qaçaqmalçılığı iləməşğul olanlardan yayındırmaq üçün edilən taktiki gediş kimi qiymətlənidirib.

“Daha yaxşı olardı ki, bu, bir daha təkrarlanmasın! İndi biz hərbi qulluqçuları sərhədə göndəririk”, – deyə Tramp yazıb.

O, həmçinin qeyd edib ki, Meksika tərəfi Birləşmiş Ştatlara gəlməyə çalışan qeyri-leqal miqrantların axınına az mane olur.

Daha əvvəl Amerika lideri ölkənin Meksika ilə sərhədini tamamilə və ya qismən bağlamağa söz verib.ABŞ prezidenti bildirib ki, əgər Konqreslə və Meksika hakimiyyəti ilə razılığa gələ bilməsə Meksika ilə sərhədləribağlayacaq.

Siyasət xəbərləri
Azeuronews.com digər xəbərlər