Dövlət aqrar sığorta ilə bağlı bütün riskləri öz üzərinə götürəcək

Dövlət aqrar sığorta ilə bağlı bütün riskləri öz üzərinə götürəcək

Milli Məclisin Aqrar siyasət komitəsinin aprelin 26-da keçirilən iclasında "Aqrar sığorta haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. "Olaylar"ın xəbərinə görə, yeni qanun layihəsi barədə məlumat verən Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə bildirib ki, 4 fəsil və 24 maddədən ibarət adıçəkilən sənəd Kənd Təsərrüfatı və Maliyyə nazirlikləri tərəfindən hazırlanıb. Onun sözlərinə görə, ölkənin arqar sektorunda baş verən proseslər yeni qanun layihəsinin hazırlanmasını zəruri edib. Qeyd edib ki, belə bir sənəd aqrar sektorda sığorta məsələləri ilə bağlı üzə çıxan problemlərin həlli yöndə mühüm addım ola bilər və olacaq. Aqrar siyasət komitəsinin eksperti Zahid Abbasov isə deyib ki, sığorta şirkətləri aqrar sekorla bağlı sığorta məsələlələrində o qədər də həvəsli və maraqlı görünmürdülər: "Odur ki, yeni qanun layihəsi ilə dövlət bu məsələdə bütün riskləri öz üzərinə götütür. Bu sənədin qəbulu ilə həm də ölkədə yeni qurum- Aqrar sığorta qurumu yaradılır. Özü də bu təşkilat qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərəcək. Yəni, aqrar sektorda sığorta ilə bağlı bütün məsələlər bu orqan tərəfindən tənzimlənəcək. Bunun özü də dövlət başçısının kənd təsərrüfatına, aqrar sektorun inkişafına göstərdiyi diqqətin növbəti bir nümunəsidir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

İqtisadiyyat xəbərləri
Olaylar.az digər xəbərlər