Dövlət Aqrar Ticarət Şirkəti Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə protokol imzalayıb

Dövlət Aqrar Ticarət Şirkəti Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə protokol imzalayıb

Bakı, 2 may, AZƏRTAC

Mayın 2-də Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar Ticarət Şirkəti və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) nümayəndələri arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə əsas məqsəd Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi ilə bağlı Koreya təcrübəsinin öyrənilməsi və bu istiqamətdə təcrübə mübadiləsi proqramının ilkin hazırlıq işlərinin görülməsi olub.

Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova və KOICA-nın Azərbaycan üzrə direktoru Park Kumak təcrübə mübadiləsi sahəsində görüləcək işlər barədə veriblər.

Sonda iki qurum arasında əməkdaşlıq protoku imzalanıb.

İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər