Dövlət Elinanın ailəsinə ödənişsiz vəkil verdi

Dövlət Elinanın ailəsinə ödənişsiz vəkil verdi

Dövlət Elinanın ailəsinə ödənişsiz vəkil verdi-Kollegiyanın sədri şəxsən işə qarışdı

162 nömrəli məktəbin intihar edən şagirdi Elina Hacıyevanın ailəsi məhkəmə proseslərində onların hüquqlarını müdafiə etmək üçün vəkilə pullarının olmadığı barədə mətbuata məlumat vermişdi.

İntihar edən məktəblinin anası Sevil Hüseynova mətbuata açıqlamasına "biz kasıb ailəyik, pulumuz yoxdur. Hüquqşünasa verməyə pulumuz yoxdur.Hər kəsdən xahiş edirəm ki, bizə yardım etsin" deyə bildirmişdi. Bu məlumatdan sonra dövlət Elinanın ailəsinin müdafiəsini öz üzərinə götürüb. Oxu24.com xəbər verir ki, bu barədə məlumatı nüfuzlu Femida.az hüquq portalı yayıb.

Saytın yazdığına görə, Elina Hacıyevanın anasının bu müraciətindən sonra Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov dərhal Sevil Hüseynova ilə əlaqə saxlayıb. O, Vəkillər Kollegiyasına dəvət olunub. Lazımı hüquqi yardım göstərilməsi barədə Kollegiyanın sədrindən göstəriş verilib. Sevil Hüseynova ödənişsiz vəkillə təmin edilib.

Həmçinin oxu:


loading...

Paylaş:

22-apr, 2019 358

loading...

Загрузка...

loading...

Hadisə xəbərləri
Oxu24.com digər xəbərlər