Dövlət Gömrük Komitəsi sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Dövlət Gömrük Komitəsi sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
© Report/ Firi Salim — Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev

Dövlət Gömrük Komitəsinin sədri (DGK) Səfər Mehdiyevin sabah Qazax rayonunda keçirilməsi planlaşdırılan vətəndaş qəbulunun vaxtı aprelin 29-na dəyişdirilib.

Bu barədə “Report”a DGK-dan bildirilib.

Məlumata görə, qəbul saat 11:00-da Qazax şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbul zamanı bölgədə yerləşən - Qazax, Tovuz, Ağstafa rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Qərb Ərazi Baş Gömrük İdarəsinin Tovuz gömrük postu (əlaqə telefonu: (022) 315-63-02) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

İqtisadiyyat xəbərləri
Report.az digər xəbərlər