Dövlət Gömrük Komitəsinin sədri Avstriya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri Avstriya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

AZpress.AZ xəbər verir ki, mayın 8-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerl ilə görüşüb.

Qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki ölkə arasındakı əməkdaşlıq münasibətlərindən danışıb, bu əlaqələrin dostluq və tərəfdaşlıq zəminində yüksələn xətlə inkişaf etdiyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, biznes mühiti və sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, transit potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs edən Komitə sədri sözü gedən sahələrdə mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Səfər Mehdiyev iki tərəfli münasibətlərin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü deyib, hər iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyət və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Azərbaycan gömrüyündə geniş islahatlar proqramının həyata keçirildiyi barədə məlumat verən DGK sədrionu da qeyd edib ki, hazırda ölkənin gömrük sistemi Avropa gömrük modelinə uyğunlaşdırılır. Səfər Mehdiyev həmçinin electron xidmətlərin səviyyəsinin yüksəldilməsi, ticarətin daha da asanlaşdırılması istiqamətində yeni normativsənədlərin təsdiqi və yeni qaydaların tətbiqindən bəhs edib, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə xüsusi önəm verildiyini bildirib.

Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerl səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə təşəkkürünü bildirib və iki ölkə arasındakı münasibətlərdən bəhs edib. Səfir Azərbaycan və onun inkişafından, eləcədə gömrük orqanlarındakı islahatlardan məmnunluğunu bildirib, iki ölkənin gömrük orqanları arasında əlaqələrin gələcək perspektivlərindən bəhs edib.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

!© Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

Siyasət xəbərləri
Azpress.az digər xəbərlər