Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçiriləcək


Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanı keçiriləcək.

Cebhe.info DİM-ə istinadən xəbər verir ki, imtahan mayın 4-də baş tutacaq.

Bildirilib ki, imtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar. İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq.

İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/sat/

Cebhe.info


Oxunma sayı: 79