Dövlət istiqrazına böyük tələb - 9 investor, 16 sifariş

Dövlət istiqrazına böyük tələb - 9 investor, 16 sifariş

21 fevral 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102002547 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

"Marja" xəbər verir ki, hərrac zamanı 9 investor tərəfindən 16 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 36,215,300.00 AZN təşkil etmişdir.

Sifarişlər 90.3858 AZN (21.4499%) və 93.0842 AZN (14.9823%) qiymət intervalında təqdim edilmişdir.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 92.3980 AZN (16.5912%) orta ölçülmüş qiyməti 92.7509 (15.7608%) təşkil etmişdir.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 22.02.2017 (t+1) tarixində həyata keçiriləcəkdir

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 000 000 AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 22.08.2017-cı ildir.

İqtisadiyyat xəbərləri
Marja.az digər xəbərlər