Dövlət Komitəsindən İçərişəhərdə aparılan tikinti işlərinə şərh:"Biz oradakı işlər barədə hər hansı rəy verə bilmərik"


Dövlət Komitəsindən İçərişəhərdə aparılan tikinti işlərinə şərh:"Biz oradakı işlər barədə hər hansı rəy verə bilmərik"

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İçərişəhərdə aparılan tikinti işlərinə münasibət bildirib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ONA-ya bildirilib ki, Kiçik Qala küçəsi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzarət etdiyi ərazilər sırasındadır və qala divarları boyunca görülən işlər barədə hər hansı rəy verə bilməzlər.

Xatırladaq ki, bir müddət öncə Kiçik Qala küçəsində, qala divarlarının söküntüsü ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Məsələyə aydınlıq gətirən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, Kiçik Qala küçəsində, qala divarları boyunca görülən işlər qətiyyən tikinti mahiyyəti kəsb etmir: “Sadəcə, şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli kafe-terrasların yaradılması nəzərdə tutulur.

Bu üslubda təmir-bərpa işləri qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də qala divarının dayanıqlığına və görünüşünə xələl gətirir. İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız idarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir. Görülən işlər zamanı qala divarlarına heç bir zərər vurulmur, əksinə, orada bürclərin möhkəmləndirilməsi işləri aparılır”.

İqtisadiyyat xəbərləri

AZAL və “Buta Airways”in reysləri mayın 29-30-da dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

26-04-2019 11:51 - Trend.az - İqtisadiyyat
Trend:2019-cu il mayın 29-da Avropa Liqasının finalının keçiriləcəyi müddətdə Heydər Əliyev Beynəlxalq Hava Limanında sıxlıq ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” və “Buta Airways”in reyslərinin cədvəlinə dəyişiklik edilib.“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 29-30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.29 may (yerli vaxt göstərilmişdir, "+" növbəti gündəki vaxtı işarə edir): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-003/004 Bakı-Ankara-Bakı 20:00 21:30 22:30 01:50+ J2-011/012 Bakı-Dubay-Bakı 04:50 07:45 10:10 13:10 J2-026 Antalya-Bakı 16:00 19:50 J2-076 İstanbul (IST)-Bakı 16:30 20:15 J2-9683/9684 Kiyev (IEV)-Bakı(Buta Airways) 16:10 20:30 J2-9575/9576 Bakı-Kazan- Bakı(Buta Airways) 20:00 21:50 22:50 02:50+ J2-9717/9718 Bakı-Mineralnıye Vodı-Bakı(Buta Airways) 21:00 21:40 22:40 01:05+ J2-809/810 Bakı-Moskva (VKO)-Bakı Reyslər ləğv edilmişdir J2-079/080 Bakı - İstanbul-Bakı Reyslər ləğv edilmişdir J2-852/851 Bakı- Moskva (DME)- Bakı Reyslər ləğv edilmişdir J2-255 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-254 Naxçıvan- Bakı Reys ləğv edilmişdir 30 may (yerli vaxt göstərilmişdir): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-011/012 Bakı-Dubay-Bakı 12:40 15:35 16:45 19:45 J2-827 Bakı-Moskva (VKO) 02:45 05:00 J2-852/851 Bakı- Moskva (DME)- Bakı 11:40 13:50 14:50 18:40 J2-9111/9112 Bakı-Alanya-Bakı(Buta Airways) 12:30 14:30 15:30 19:20 J2-9685/9686 Bakı-Odessa-Bakı(Buta Airways) 12:15 14:40 15:40 19:40 J2-239 Bakı–Gəncə Reys mayın 29-na keçirilmişdir uçuş: 08:00, eniş: 09:00 J2-021/322 Bakı –Təl-Əviv –Bakı Reyslər ləğv edilmişdir J2-075/076 Bakı – İstanbul (IST)-Bakı Reyslər ləğv edilmişdir J2-9103/9104 Bakı – İstanbul (SAW)-Bakı (Buta Airways) Reyslər ləğv edilmişdir J2-9223/9224 Bakı-Tbilisi-Bakı(Buta Airways) Reyslər ləğv edilmişdir J2-9017/9018 Bakı -Tehran - Bakı(Buta Airways) Reyslər ləğv edilmişdir J2-251 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-258 Naxçıvan-Bakı Reys ləğv edilmişdir Qeyd edək ki, yuxarıda sadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin prosedurasına uyğun olaraq məlumatlandırılacaqlar.
Strateq.az digər xəbərlər