Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib. Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, Rövşən Rzayev əksəriyyəti məcburi köçkün olan vətəndaşları növbəlilik prinsipi əsasında fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Müraciətlər mənzil-məişət problemləri, vahid aylıq müavinət, status, məşğulluq və digər məsələlərlə bağlı olub. Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb və rəsmiləşdirilib. Vətəndaşlara bildirilib ki, hər bir müraciət araşdırılacaq, qanunauyğun tədbirlər görüləcək və bu barədə onlara məlumat veriləcək.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini ocial siyasətin başlıca istiqamətlərindən biri kimi müəyyənləşdirib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir, müasir tipli qəsəbələr salınır, hər il minlərlə ailə yeni mənzilə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı əsasında, məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində müntəzəm monitorinqlər aparılır, ən ağır şəraitdə yaşayanlar müəyyənləşdirilir və onlar yeni mənzillərə birinci növbədə köçürülürlər.

Qeyd edilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il aprelin 1-dən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 50 faiz artırılıb. Aprelin 5-də isə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 810 mənzildən ibarət yaşayış kompleksinin açılışı olub. Həmin mənzillər paytaxtdakı yataqxanalarda və bəzi ictimai binalarda ağır şəraitdə yaşayan məcburi köçkünlərə verilib. Yeni qəsəbələrin salınması davam etdirilir.

Xatırladaq ki, Dövlət Komitəsinin Sədri tərəfindən vətəndaşların qəbulu hər həftənin çərşənbə axşamı günü keçirilir.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi

24-04-2019 18:57 - Olaylar.az - Siyasət
yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Müzakirələrdən sonra "Azedu.az", "Yenixeber.org", "Baku News" (baku.news), "42-ci paralel.az", "Sozcu.info", "Denizxeber.az" xəbər portalları, "Region mediası" qəzeti, "Ustad" dərgisi, "Loqos", "Düyməcik", "Elmi iş" jurnalları, "ONN media" (onn.az) və "Elit" İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər.