Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu “Karyeranı bizimlə qur” layihəsinə start verib (FOTO)

Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu “Karyeranı bizimlə qur” layihəsinə start verib         (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Respublikasının Gənclər Fondu “Karyeranı bizimlə qur” layihəsinə start verib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində Dövlət Məşğulluq Xidmətinin təlimçiləri tərəfindən gənclər üçün təlim kursları keçirilir. İlkin mərhələdə bu kurslar Bakıda (Gənclərin Karyera və İnkişaf Mərkəzində və Sabunçu Gənclər Mərkəzində), həmçinin QazaxŞəmkir rayonlarında təşkil edilib.

Layihənin məqsədi işsiz və iş axtaran gənclər üçün innovativ metodlardan istifadə edərək onların əmək bazarına inteqrasiyasını təmin etməkdən ibarətdir. Layihə çərçivəsində iştirakçılar müxtəlif təlim və seminarlarda iştirak edəcəklər.

Təlim kursu iş axtarma bacarıqlarının inkişafı təlimləri, fəal iş axtarma metodları, şəbəkənin genişləndirilməsi, əldə edilən nəticələrin təhlili, motivasiyanın təmin edilməsi və s. kimi bir neçə mərhələdən ibarətdir.

Layihə 2 həftə davam edəcək və yekunda təlimdə iştirak edənlərə sertifikatlar veriləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

İKT xəbərləri
Metbuat.az digər xəbərlər