Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb

Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə 21 tonadək qızıl alıb. SİA Neft Fondunun 2019-cu ilin birinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il martın 31-nə ARDNF-in investisiya portfelində qızılın ümumi miqdarı 71,75 ton olub. 2018-ci ilin sonuna olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın ümumi miqdarı 50,95 ton (1 638 186 troya unsiyası həcmində) idi. Beləliklə də, Neft Fondu bu ilin yanvar-mart aylarında 20,8 ton qızıl alıb.

Qeyd edək ki, qızıl investisiyaları hazırda Neft Fondunun investisiya portfelinin 7,4 faizini (ABŞ dolları portfelinin 2 milyard 973,6 milyon dollarlıq hissəsi) təşkil edir.

loading...

Açar sözlər
Azərbaycan Respublikası Dövlət Neft Fondu , Abş
İqtisadiyyat xəbərləri
Prezident “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nı təsdiqləyib

Prezident “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nı təsdiqləyib

26-04-2019 09:55 - Milliyol.az - İqtisadiyyat


 

 Prezident İlham Əliyev “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb


 
 
 Sənəd müəyyən edilmiş iqtisadi və sosial siyasət kursunun qısamüddətli və ortamüddətli dövrlər üçün hədəflərini özündə aydın ehtiva edən ortamüddətli xərclər çərçivəsinin hazırlanması və bu zəmində nəticəəsaslı büdcə tərtibi mexanizminə keçid üçün ilkin zəruri tədbirlərin görülməsi məqsədi daşıyır.
Fərmanla “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”təsdiq edilib.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmanla təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın 4.7-ci bəndində qeyd olunan büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması qaydasını, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmanla təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın 2020-ci və 2021-ci illərin dövlət büdcəsi layihəsinin tərtibi prosesinə və büdcə təqviminə paralel olaraq tətbiqini təmin etmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
MilliYol.
Sia.az digər xəbərlər