“Dövlət niyə sığortanı öz üzərinə götürməlidir ki?”

“Dövlət niyə sığortanı öz üzərinə götürməlidir ki?”

Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Aqrar sığorta haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, qanun layihəsi ilə bağlı çıxış edən sözügedən komitənin sədri Ziyad Səmədzadə qeyd edib ki, Azərbaycan sığorta bazarında dinamik iş gedir: “ Eyni zamanda, sığorta bazarında ciddi problem də var. Biz bu məsələ ilə bağlı problemin yanğın məsələsində də şahidi olduq. Bu sahənin ÜDM-də çəkisi azdır. Cənab prezident də dəfələrlə bunu qeyd edib və bu yaxınlarda sığorta bazarının təkmilləşməsi ilə bağlı göstərişlərini də verib. Bu yük daha çox özəl şirkətlərin üzərinə düşməlidir”.

Deputat Vahid Əhmədov isə bildirib ki, qanun layihəsində sığortanın icbari və ya könüllü olması əks olunmalıdır: “ Həmçinin qanunda göstərilir ki, ayrıca Aqrar Sığorta şirkəti yaradılır. Amma Azərbaycanda digər dövlət və qeyri-dövlət sığorta şirkətləri də var. Onların bu prosesdə iştirak edib etməməsi qanunda əks olunmalıdır. Bundan əlavə, qiymətqoyma məsələsi də sığorta hallarında problemdir. Burada qeyd olunur ki, yerli və xarici mütəxəssis iştirak edə bilər. Bizim öz mütəxəssislərimiz var. Xarici mütəxəssislərə məncə, ehtiyac yoxdur. Bundan əlavə, dövlət niyə sığortanı öz üzərinə götürməlidir ki? Dövlət büdcəsində aqrar sığorta məsələlərinə aydınlıq gətirilməsini istəyirik. Niyə dövlət Aqrar Sığorta Şirkətinə vəsait verməlidir?”.

Deputat Əli Məsimli çıxışında bildirib ki, bu gün Azərbaycan əhalisinin 47 faizi kənddə yaşayır: “800 mindən çox fermer təsərrüfatlarının ailələri çörəyi torpaqdan qazanır. O zaman bu qanunun əhəmiyyəti önə çıxır. Biz əgər bu qanunun işləməsini istəyiriksə, aşkarlıq mexanizmləri və ictimai nəzarət olmalıdır. Hansısa rayona dolu düşdüsə, bilirik ki, orada təsərrüfata ziyan dəydi. Əgər sığorta şirkətləri ziyanın 10 faizini verəcəklərsə, gələn il bu sığorta məsələsi işləməyəcək. Eyni zamanda, ölkəmizdə güclü sığorta mütəxəssislərinə də ehtiyac var. Nəzarət mexanizmi olsa, bu qanun işləyəcək. Əgər olmasa, işləməyəcək”.

Günel Türksoy

Açar sözlər
Vahid Əhmədov , Əli Məsimli , Ziyad Səmədzadə , Aqrar Sığorta Şirkəti , Azərbaycan , Milli Məclis
İqtisadiyyat xəbərləri
Peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusu veriləcək

Peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusu veriləcək

26-04-2019 09:55 - Milliyol.az - İqtisadiyyat


 

 Yeni qəbul edilən “Peşə təhsili haqqında” qanunda peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusunun verilməsi nəzərdə tutulur


 
 
 
Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində keçirilən “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfransda çıxış edərkən deyib.
C.Bayramov bildirib ki, “Peşə təhsili haqqında” qanunda beynəlxalq təcrübəyə uyğun olaraq, peşə təhsili sisteminin ilk peşə, texniki peşə və yüksək peşə təhsili olmaqla, 3 səviyyədə fəaliyyət göstərməsi müəyyən edilib.
Qanunda ümumi təhsil müəssisələrində ilk peşə təhsili üzrə təmayüllü siniflərin yaradılması, yüksək texniki peşə təhsili alanlara sub-bakalavr peşə-ixtisas dərəcəsinin verilməsi, tələbələrə iş yerində təcrübə müqaviləsi bağlamaq və minimum əməkhaqqından az olmamaq şərtilə ödənilmə, xüsusi müdafiəyə ehtiyacı olan şəxslər üçün güzəştlərin müəyyən edilməsi kimi yeni müddəalar təsbit edilib.
Nazirin sözlərinə görə, peşə təhsilinin inkişafı insan kapitalının formalaşmasına, gənclər arasında məşğulluğun təmin edilməsinə, işsizliyin aradan qaldırılmasına töhfə verir.
MilliYol.
Qafqazinfo.az digər xəbərlər