Dövriyyəyə 100 minlik əsginas buraxdılar

Dövriyyəyə 100 minlik əsginas buraxdılar

Özbəkistanda dövriyyəyə 100 min sum dəyərində əsginas buraxılıb.


Əsginasın üz tərəfində dövlət xadimi, böyük sərkərdə və strateq Əmir Teymurun nəvəsi Mirzə Uluğbəyin portreti, arxa tərəfdə mərkəzdə M.Uluğbəyin rəsədxanası, sağda isə astronomik alət əks edilib.

100 min sum təxminən 12 dollar dəyərindədir. Hazırda ölkədə 500, 1000, 5000, 10000 dəyərində əsginaslar, həmçinin 50, 100 və 200 dəyərində sikkələr dövriyyədədir.

İqtisadiyyat xəbərləri
Sürücülərin nəzərinə - Bu yollar bağlıdır

Sürücülərin nəzərinə - Bu yollar bağlıdır

26-02-2019 17:56 - Yenisabah.az - İqtisadiyyat
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da keçirilməsi nəzərdə tutulan yürüşlə bağlı paytaxtın Neftçilər, Xocalı prospektləri, Yusif Səfərov, Nəcəfqulu Rəfiyev və bu istiqamətdə kəsişən və ya paralel olan küçə və prospektlərdə bütün avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsindən "Yeni Sabah"a verilən məlumata görə, Xocalı soyqırımının 27-ci ildönümünün anılması üçün yürüş edənlərin Neftçilər və Bülbül prospeklərinin kəsişməsindən başlayaraq, Azadlıq meydanından keçməklə, Yusif Səfərov küçəsi ilə Xocalı prospekti “Ana fəryadı” abisədi ətrafında dövrə edib, eyni marşrutla – 28 May, A.Puşkin küçələri istiqamətində hərəkət etmələri nəzərdə tutulub.  Bununla əlaqədar qeyd edilən marşrut üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub və Bakı-Ələt yolunun 14-cü km-dən və Sədərək T/M-in çıxışından 3-cü kənar dairəvi yola, 20-ci sahə dairəsindən Bayıl qəsəbəsi, Xanlar küçəsi, Dağüstü park yolu ilə Badamdar qəsəbəsinə, Bayıl qəsəbəsi - Əhəd Yaqubov və Gülbala Əliyev küçələrindən 20-ci sahə qəsəbəsinə, Bayraq Meydanı, “Dalğa plaza” inzibati binasının yanından M.Useynov küçəsinə dəyişdirilib.  Eləcə də Niyazi, Teymur Elçin, Lermontov, Şeyx Şamil, İstiqlaliyyət, 10-cu park, Mehdi Hüseyn küçələri də daxil olmaqla, 10-cu zavod dairəsindən Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Heydər Əliyev Mərkəzinin yanından, Xətai prospekti – Dəmirçizadə küçəsi kəsişməsindən, həmçinin Ağaoğlu, Təbriz, Koroğlu Rəhimov və Səməd Vurğun, Üzeyir Hacıbəyov, Xaqani, Puşkin, 28 May, R.Zorge, K.Səfərəliyeva, Fikrət Əmirov küçələri, Azadlıq, Bülbül, Rəşid Behbudov prospektlərindən səhər saat 07:00-dan tədbir tam başa çatanadək hərəkətin istiqamətinin dəyişdirilməsi planlaşdırılıb.
Kommersant.az digər xəbərlər