DTX və DİN Zaqatalada birgə əməliyyat keçirib

DTX və DİN Zaqatalada birgə əməliyyat keçirib

Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şimal-qərb regional mərkəzinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirlər zamanı rayonun Kəbəloba kəndi ətrafında yerləşən meşəlik ərazidə şübhəli bağlama aşkar edilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan

Ordu.az-a verilən məlumata görə, həmin bağlamaya baxış zamanı onun içərisində bir ədəd “Revolver” tipli tapança, bir ədəd ov tüfəngi 23 gilizlə birlikdə, iki ədəd əl qumbarası, bir ədəd 4,5 mm-lik tapança, 680 ədəd müxtəlif silahlara məxsus güllələr, bir ədəd gecəgörmə cihazı, bir ədəd avtomat patron darağı, bir ədəd idman tapançası 2 patron darağı ilə birlikdə və bir ədəd 9 mm-lik tapança darağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DTX DİN

Hadisə xəbərləri
Azərbaycanda torpaq kadastrının məlumatlarının alınmasına görə dövlət rüsumu tətbiq olunmayacaq

Azərbaycanda torpaq kadastrının məlumatlarının alınmasına görə dövlət rüsumu tətbiq olunmayacaq

26-04-2019 15:26 - Ona.az - Hadisə

 Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

ONA-nın məlumatına görə, qanuna dəyişiklik “Aqrar sığorta haqqında” qanun layihəsində yaradılması nəzərdə tutulan aqrar sığorta orqanının elektron informasiya sistemləri vasitəsiləreal rejimdə əldə edəcəyi məlumat və informasiyalarla əlaqədardır.

Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatları (torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunla müəyyən olunmuş digər məlumatlar), ünvanı, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən digər daşınmaz əmlak (tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri barədə məlumatlara görə dövlət rüsumu tətbiq olunmayacaq.

Müvafiq informasiya sistemləri aqrar sığorta informasiya sığorta informasiya sisteminə inteqrasiya olunanadək müvafiq məlumatlar və sənədlər aidiyyəti informasiya sahibləri tərəfindən aqrar sığorta orqanının sorğusu tərəfindən təqdim ediləcək.
Ordu.az digər xəbərlər
Çağırışçıların həqiqi hərbi xidmətə yolasalma mərasimləri keçirilib - FOTOLAR

Çağırışçıların həqiqi hərbi xidmətə yolasalma mərasimləri keçirilib - FOTOLAR

26-04-2019 15:26 - Ordu.az - Siyasət
Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, Ordumuzun formalaşmasında və güclənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun siyasi xəttinin layiqli davamçısı ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdikləri işlərdən söz açıb.

Bakının Qaradağ rayonunda keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Emil Abbasov çıxış edərək Vətəni qorumaq kimi müqəddəs borcun yerinə yetirilməsində çağırışçılara dəyanətli, əzmkar olmalarını, hərbi xidməti şərəflə bitirmələrini arzulayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsi rəisinin müavini, polkovnik-leytenant Rizvan Sadıqov mərasimdə çıxış edərək, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdırıb.

Yolasalma mərasimlərində ictimaiyyətin nümayəndələri, ziyalılar, valideynlər, müharibə veteranları gənclərə hərbi xidmətdə ayıq-sayıq olmağı, hərbi sirlərə və texnikaya mükəmməl yiyələnməyi tövsiyə ediblər.

Hərbi xidmətə yola düşən gənclər adından çıxış edənlər Vətən və xalqımız qarşısında xidməti borclarını şərəflə yerinə yetirəcəklərini, torpaqlarımızın azad edilməsi naminə hər an hazır olacaqlarını söyləyiblər.

Sonda çağırışçı gənclər üçrəngli bayrağımızı öpərək ordu sıralarına yola düşüblər.

Həqiqi hərbi xidmətə çağırış respublikamızın bütün bölgələrində davam edir.