Dumanla bağlı sürücülərə müraciət

Dumanla bağlı sürücülərə müraciət

Bakı Nəqliyyat Agentliyi Bakıda və Abşeron yarımadasında müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

BNA sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almağı, ara məsafəsini normadan artıq saxlamağı və yol nişanlarının tələblərinə riayət etməyi tövsiyə edib.

Həmçinin, piyadalardan xahiş edilir ki, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər.

Hadisə xəbərləri
Azxeber.com digər xəbərlər