Dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət BNA

Dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət BNA

Bakı Nəqliyyat Agentliyi (BNA) dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. BNA-dan SİA-ya verilən məlumata görə, Agentlik Bakıda və Abşeron yarımadasında müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almağı, ara məsafəsini normadan artıq saxlamağı və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edir.

Həmçinin piyadalardan xahiş edilir ki, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər.

loading...

Hadisə xəbərləri
Sia.az digər xəbərlər