“Dünəndən bu günə” sərgisinin açılışı olub FOTOLAR

“Dünəndən bu günə” sərgisinin açılışı olub FOTOLAR

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Şəbnur Pənahlının "Dünəndən bu günə" layihəsi əsasında eyniadlı sərginin təqimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov sərgidə nümayiş olunan əsərlərin mükəmməlliyindən söz açıb: "Sərgiyə təqdim olunan sənət əsərlərində müxtəlif fəlsəfi yanaşma, emosional hisslərin rənglərlə ifadəsinin öz əksini tapması ilə yanaşı, milli dəyərlərin və xalqımızın unudulmaz ənənələrinin təsvir edilməsi də xüsusi əhəmiyyət daşıyır".

O həmçinin qeyd edib ki, sərgidə yaşından asılı olmayaraq, 200-dək fırça ustasının əsasən təbiət mənzərələrini, vətənpərvərlik, xeyirxahlıq və tematik mövzuları əhatə edən işləri nümayiş olunur.

Qeyd edək ki, 250-dək sənət əsərinin nümayiş olunduğu sərgi 2 gün davam edəcək.

Mədəniyyət xəbərləri
Sia.az digər xəbərlər