Dünya Çempionatının biletləri satışa çıxarıldı

Dünya Çempionatının biletləri satışa çıxarıldı

Bu ilin 16-22 sentyabr tarixlərində Bakıda baş tutacaq bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının biletləri bu gün satışa çıxarıldı.

Xeberle.comAGF-yə istinadən xəbər verir ki,gimnastika yarışları ilə zəngin bir qrafiki yarı edən Azərbaycan Gimnastika Federasiyası daha bir mötəbər yarışın hazırlıqlarını tam surətlə davam etdirir. Belə ki, 14 ildən sonra paytaxtımızın yenidən ev sahibliyi edəcəyi ilin ən vacib yarışı məhz bədii gimnastika üzrə Dünya Çempionatı olacaq.

Qeyd edək ki, 7 gün davam edəcək bu çempionat Olimpiya Oyunları 2020-ə lisenziya xarakteri daşıyır. Yalnız medalçıların deyil, Olimpidaya yeni namizədlərin adlarının da müəyyənləşəcəyi yarışda dünyanın ən nüfuzlu gimnastları öz performanslarını nümayiş etdirəcəklər. Çempionatın təntənəli açılış mərasimi isə 16 sentyabr tarixində baş tutacaq.

Yarışa biletlərin hər kəsə əlçatan olması üçün satış nöqtəsi olaraq, 28 Mall və Gənclik Mall alış-veriş mərkəzləri seçilib. Bundan əlavə gimnastika izləyiciləri biletləri onlayn (https://ticketing.mga.az/) və arenanın kassasından da əldə edə biləcəklər. Biletlərin qiyməti isə 10, 15 və 20 manat təşkil edir.

Xatırladaq ki, bu gün 39 ölkənin iştirakı ilə artıq ənənəvi olan bədii gimnastika üzrə Dünya Kuboku start götürür. Bu yarışdan sonra isə zərif gimnastlarımız öz güclərini Bakıda keçiriləcək Avropa Çempionatında(16-19 may)sınayacaqlar.


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

İdman xəbərləri
Xeberle.com digər xəbərlər
Torpaq kadastr məlumatlarının alınmasına görə dövlət rüsumu tətbiq olunmayacaq

Torpaq kadastr məlumatlarının alınmasına görə dövlət rüsumu tətbiq olunmayacaq

26-04-2019 15:48 - Xeberle.com - İqtisadiyyat


Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Xeberle.com-un məlumatına görə, qanuna dəyişiklik "Aqrar sığorta haqqında” qanun layihəsində yaradılması nəzərdə tutulan aqrar sığorta orqanının elektron informasiya sistemləri vasitəsiləreal rejimdə əldə edəcəyi məlumat və informasiyalarla əlaqədardır.
Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin dövlət torpaq kadastrının məlumatları (torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunla müəyyən olunmuş digər məlumatlar), ünvanı, kənd təsərrüfatı məqsədləri üçün istifadə edilən digər daşınmaz əmlak (tikili və qurğular), həmin daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri barədə məlumatlara görə dövlət rüsumu tətbiq olunmayacaq.
 Müvafiq informasiya sistemləri aqrar sığorta informasiya sığorta informasiya sisteminə inteqrasiya olunanadək müvafiq məlumatlar və sənədlər aidiyyəti informasiya sahibləri tərəfindən aqrar sığorta orqanının sorğusu tərəfindən təqdim ediləcək.